İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü

26.08.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İslamabad şəhərində yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğın nəticəsində azı 14 yenidoğulmuş həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə "Geo News" məlumat yayıb.

Məlumata görə, yanğın doğum şöbəsində kondisionerin kompressorunun partlamasından sonra başlayıb.

Hazırda xilasetmə qrupları hadisə yerində yanğının söndürülməsi istiqamətində iş aparır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью