İslamabaddan Dehliyə xəbərdarlıq

07.05.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistan ordusu ötən il Hindistanla yaşanan toqquşmanın ildönümündə mümkün bir hücuma "sərt cavab" veriləcəyi barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsindən (ISPR) 2025-ci ilin mayında Hindistanla yaşanan toqquşmalarla bağlı verilən yazılı açıqlamada bildirilib: 

"Strateji mühit dəyişməyə davam etsə də, Pakistan Silahlı Qüvvələrinin ölkəni müdafiə etmək əzmi, sayıqlığı və sadiqliyi sarsılmaz olaraq qalır".

Pakistan ordusunun gələcəkdəki çətinliklərin öhdəsindən gəlmək üçün potensialın artırılmasını və qabaqcıl texnologiyalara investisiya qoyuluşunu davam etdirdiyi vurğulanan açıqlamada bunlar qeyd edilib:

"Pakistana qarşı hər hansı düşmən cəhdi rəqibimizin "Həqiqət Savaşı" zamanı şahid olduğundan qat-qat böyük bir güc, dəqiqlik və qətiyyətlə cavablandırılacaq. Hər zamankından daha çox fokuslanmış silahlı qüvvələrimiz gələcək döyüşlərə hazırdır və vətənə qarşı hər hansı bir hücuma qətiyyətlə cavab verməyə müntəzirdir".

Açıqlamada Pakistan Hava Qüvvələrinin (PAF) "müasir sistemlərin ağıllı istifadəsi və innovativ texnologiyaların sürətlə tətbiqi yolu ilə gələcəyə hazır bir hava gücünə çevrilmək yolundakı qətiyyətli addımlarını" davam etdirdiyi bildirilərək, hava qüvvələrinin müasir hava müharibəsinin dəyişən parametrlərinə qarşı Pakistanın suverenliyini və ərazi bütövlüyünü qorumağa tam mənada hazır olduğu vurğulanıb.

Ötən ilki əməliyyatların "hava müharibəsi tarixində bənzəri görülməmiş miqyasda və xarakterdə" baş tutduğu bildirilən açıqlamada bu əməliyyatların həm PAF-ın peşəkar üstünlüyünü ortaya qoyduğu, həm də Pakistan xalqının qürur, güvən və ruhunu təzələdiyi ifadə edilib.

Sonda Pakistanın sülhsevər bir ölkə olduğu və silahlı qüvvələrin yetkin və məsuliyyətli bir strateji mədəniyyəti təmsil etdiyi qeyd olunaraq, Pakistan Silahlı Qüvvələrinin hər cür səylərinin regionda sülhü qorumağa, sabitliyi təşviq etməyə və təhlükəsizliyi təmin etməyə həsr edildiyi vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью