İslami Cihad azad ediləcək iki girovu qaytarıb

30.01.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstinin "İslami Cihad" təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan "Səraya əl-Qüds" qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

"İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər", - məlumatda qeyd olunur.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью