İslamiada: Azərbaycan 10 cu oldu

21.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.

20 növdə 174 idmançı ilə təmsil olunan Azərbaycan yarışı 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb. Özbəkistan ikinci (29 qızıl, 35 gümüş, 32 bürünc), İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü olub.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью