İslamiada: Azərbaycan millisinin qrup liderliyi uğrunda sınağı

06.11.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan futzal millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün növbəti sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığmamız qrupdakı ikinci oyununda Özbəkistan ilə qarşılaşacaq. 

Oyun "Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi"ndə baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Yevgeniu Kukseviçin baş məşqçisi olduğu komanda ilk matçda Liviyanı 5:4 yenibsə, özbəklər meydan sahibi Səudiyyə Ərəbistanına 5:2 hesabı ilə qalib gəlib. Başqa sözlə, bu matç qrup liderliyi baxımından prinsipiallıq daşıyır.

Milli İslamiadada 14 futzalçı ilə yarışır: 

Qapıçılar: Kamran Hacıyev ("Neftçi" İK), Cavad Məmmədov ("Baku Fire").
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi "Neftçi" İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı "Araz-Naxçıvan"), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə (U-19).

Qeyd edək ki,yığmamız qrupdakı son sınağını 8 noyabrda Səudiyyə Ərəbistanına qarşı keçirəcək. 

İslamiadanın rəsmi açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

VI İslam Həmrəyliyi Oyunları
A qrupu
6 noyabr

17:00. Özbəkistan – Azərbaycan
Ər-Riyad. "Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi". 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью