İslamiada: Azərbaycanın 2 idmançısı 1/4 finalda

11.11.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın iki muaytayçısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının 1/4 final mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, milli üzvləri 1/8 final döyüşlərini qələbə ilə başa vurublar.

60-65 kq çəki dərəcəsində Xəyal Əliyev Hüsnü Fəhmi Sayedi (Misir) nokautla məğlub edib.

65–70 kq çəki dərəcəsində isə Səlahəddin Qocazadə Aiham Ahmed Abdo Alawadhi (Yəmən) üzərində birinci raundda texniki nakautla qələbə qazanaraq 1/4 finala adlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью