İslamiada: Güləşçilərimiz gümüş və bürünc medal qazandı

20.11.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Milli.Az xəbər verir ki, qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) final görüşündə məğlub olaraq yarışın gümüş mükafatına sahib olublar.

68 kq çəki dərəcəsində mübarizə aparan Nigar Mirzəzadə isə bürünc medal uğrunda Banqladeş təmsilçisi Halima Akterlə qarşılaşmalı idi. Rəqib görüşə çıxmadığı üçün idmançımız yarışın bürünc medalına sahib olub.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью