İslamiada: milli üzvlərindən “bürünc”

13.11.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Futbolpress.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata yiyələniblər.

Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatını qazanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью