İslamiada: millidən növbəti qələbə

06.11.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Tacikistanla üz-üzə gəlib. Görüş millinin qələbəsiylə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9)

Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью