İslamiada: millinin oyunlarının təqvimi

02.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib.

Futbolpress.az xəbər verri ki, B qrupunda yer alan kollektiv ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.

Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar “Green Hall” Olimpiya Kompleksində baş tutacaq.

İslamiada noyabrın 21-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью