İslamofob Rasmus Paludan Danimarka parlamentinə seçilməyib

25.03.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 25 mart, AZƏRTAC

Danimarkalı siyasətçi Rasmus Paludan parlament seçkilərində məğlubiyyətə uğrayaraq cəmi 155 səs toplayıb və Folketinqdə yer qazana bilməyib.

AZƏRTAC xəbər verir ki, əvvəllər “Stram Kurs” (“Sərt xətt”) partiyasını quran Paludan “Quran”ın yandırılması etirazları ilə məşhurlaşıb. Bu etirazlar İsveç və Danimarkada nifrəti qızışdırmaqda ittiham olunaraq məhkum edilib. O, bu seçkilərdə Kopenhagendə müstəqil namizəd kimi iştirak edib. Lakin nə o, nə də digər müstəqil namizədlər parlamentdə yer qazana bilməyiblər.

Seçkilər ümumilikdə gərgin mübarizə şəraitində keçib. Heç bir blok səs çoxluğu qazana bilməyib, Sosial Demokratlar 120 ildən çox müddət ərzində ən pis nəticə göstərib, Danimarka Xalq Partiyası isə mövqeyini xeyli gücləndirib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью