İslandiya ilə oyuna doğru: “Millimiz xal qazana bilər”

02.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiyanın qonağı olacaq. Reykyavikdə baş tutacaq oyuna saat 22:45-də start veriləcək.

Millinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Milli çətin qrupa düşüb. Komandalar müxtəlif oyun üslubuna sahibdir. İslandiyanın da öz fəlsəfəsi var, atletik futbola üstünlük verir, standart vəziyyətlərdən təhlükə yaratmağı bacarırlar. Bunlara baxmayaraq, millimiz xal qazana bilər. Əsas odur, ilk dəqiqələrdə diqqətli olaq və erkən qol vuraq, inam yerinə gəlsin.

Düşünmürəm ki, məğlubiyyət qəbuledilməz olsun. Əsas komanda layiqli mübarizə aparsın, yaxşı oyun göstərsin. Düzdür, rəqib səviyyə və reytinq baxımından bizdən üstündür. Ancaq döyüşmək lazımdır. Məğlub olanda da deyəsən ki, əlimizdən gələni etdik, alınmadı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью