İslandiyada Aİ yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

28.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Brüssel, 28 avqust, AZƏRTAC

İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpasına dair referendum şənbə günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, səsvermə ölkənin Aİ-yə üzvlük prosesinə yenidən başlamasının mümkün olub-olmayacağını müəyyənləşdirəcək.

Son aylarda aparılan rəy sorğularında “hə” tərəfdarları cüzi üstünlüyə malik olublar. Lakin cümə axşamı açıqlanan son sorğuda ilk dəfə “xeyr” deyənlərin sayının çox olduğu müəyyənləşib. Səsvermənin yerli vaxtla saat 22:00-da başa çatacağı və nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir.

İslandiya Avropa İqtisadi Məkanının və Şengen zonasının üzvüdür, həmçinin NATO-nun təsisçi ölkələrindən biridir. Ölkənin Aİ-yə mümkün üzvlüyü, xüsusilə Ukraynadakı müharibə və Amerika Birləşmiş Ştatlarının xarici siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda yenidən müzakirə olunur.

Referendumda əsas mübahisəli məsələlərdən biri balıqçılıqdır. Aİ-yə üzvlüyün tərəfdarları iqtisadi sabitlik və avronun qəbulunun üstünlüklərini vurğulayırlar. Əleyhdarlar isə balıqçılıq üzərində milli nəzarətin zəifləyəcəyindən ehtiyat edirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью