525.az saytına istinadən Icma.az xəbər verir.
İslandiya sahillərində balıqçı gəmisi batıb.
525.az xəbər verir ki, bu barədə İslandiyanın ictimai yayımçısı RUV məlumat yayıb.
Bildirilib ki, Raufarhöfn limanında fəaliyyət göstərən balıqçı gəmisi əlverişsiz hava şəraiti səbəbindən batıb. 17 heyət üzvündən 14-ü xilas edilsə də, 3 nəfər həyatını itirib.
İslandiyanın Baş naziri Kristrun Frostadottir də mətbuat konfransında axtarış və xilasetmə əməliyyatlarının çətin şəraitdə aparıldığını qeyd edib:
“Əvvəlcədən sağ qalanların olub-olmadığı bəlli deyildi. Həm axtarış və xilasetmə helikopteri, həm də heyət böyük cəsarət göstərdi”.
İbrahim Cəfərov