İslandiyada son iki ildə doqquzuncu vulkan püskürməsi baş verib

16.07.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasındakı Sundnukaqiqar kraterlərində yeni vulkan püskürməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, püskürmənin böyük miqyasda olmadığı və lavanın təxminən 2 kilometr uzunluğunda olan yarıqdan püskürdüyü bildirilib.

Püskürmənin hava nəqliyyatına təsir etmədiyi bildirilir, lakin səlahiyyətlilər insanları bölgədəki hava ilə bağlı ehtiyatlı olmağa çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью