İslandiyada vulkan püskürdü KONKRET

21.11.2024

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İslandiyanın Reykjanes yarımadasında vulkan püskürüb.

KONKRET.az  Reuters agentliyinə istinadən  xəbər verir ki, hadisəylə əlaqədar yaxınlıqdakı “Mavi laqun” geotermal kurort kompleksinin bütün qonaqları təxliyə edilib.Son həftələrdə seysmik aktivlikdə nəzərəçarpacaq artım müşahidə olunmayıb. Püskürmə noyabrın 20-də, gecə yarısına yaxın başlayıb. Bu, vulkanın cari ildə 7-ci, son üç ildə isə 10-cu püskürməsidir. Xatırladaq ki, İslandiyada 33 aktiv vulkan sistemi var. Reykjanes yarımadası paytaxt Reykyavikdən təxminən 30 km məsafədə yerləşir və 2023-cü ildə vulkanın yaxınlığındakı Qrindavik şəhərinin 4 minə yaxın sakini təxliyə edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью