İslandiyanın cənubqərbindəki Reykjanes yarımadasında püskürməyə başlayıb

21.11.2024

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında püskürməyə başlayıb

İslandiyada vulkan püskürür.
Vulkan İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında püskürməyə başlayıb. Təcili yardım xidmətləri Qrindavik şəhərinin və Blue Lagoon geotermal istirahət kompleksinin sakinlərini təxliyə edir.

Yeerli mətbuatın məlumatına görə, püskürmə noyabrın 20-də yerli vaxtla saat 23:24-də başlayıb.

İslandiyada 33 aktiv vulkan sistemi var. 2021-ci ildən bəri Reykjanes yarımadasında bir neçə püskürmə baş verib. Püskürmələr 2021-ci ilin martında, 2022-ci ilin avqustunda, 2023-cü ilin iyulunda, həmçinin bu ilin yanvar, mart, may və avqust aylarında qeydə alınıb.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью