İslandiyanın Ukraynaya göstərdiyi yardımın həcmi açıqlandı

07.01.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İslandiya Ukraynaya müdafiə ehtiyacları üçün 30 milyon dollar yardım edib.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa islandiyalı həmkarı Torqerdyur Katrin Qunnarsdottirlə birgə mətbuat konfransında bildirib.

"Bu günə qədər İslandiyanın Ukrayna tərəfinə məhz müdafiə ehtiyacları üçün göstərdiyi yardımın həcmi 30 milyon dollar təşkil edir", - Sibiqa qeyd edib.

İslandiya XİN başçısı ilə hərbi istehsalın artırılması imkanlarını müzakirə etdiyini deyən ukraynalı nazir təfərrüatları açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью