İşlədikləri mağazanı soydular

15.01.2025

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Sitat.info”ya  verilən məlumata görə, məişət avadanlıqları mağazasından oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.

Araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48 615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmlarar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью