İşlədiyi evdən oğurluq edən usta saxlanılıb

02.05.2025

Azpost saytına istinadən Icma.az xəbər verir.

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmiş, həmin evdə usta olaraq çalışan 38 yaşlı Q.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonunda yerləşən bir idarəyə məxsus sahədən 407 manat dəyərində dəmir boruları oğurlamış 56 yaşlı B.Paşayev, 42 yaşlı N.Məmmədov və həmyaşıdı R.Paşayev də saxlanılıblar.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью