“İşlədiyim yerə xəyanət eləmək istəmirəm” “Şahdağ Qusar”da sular durulmur | Icma.az
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən mövsüm 2-ci liqada “Şahdağ Qusar”la “Şəfa” arasında amansız çempionluq mübarizəsi getdi.
Qusar klubu mövsümün gedişində elə davrandı ki, hər kəs Elnur Abdullayevin çalışdırdığı komandanın 1-ci liqada da iddialı olacağını, ən azı mübarizəyə rəng qatacağını düşünməyə başladı.
Günlər, həftələr, aylar ötdü və aydın oldu ki, heç də belə deyilmiş.Bəli, 2-ci liqanın çempionu yeni mövsümün hazırlığına hələ başlamayıb.
Klub prezidenti Elçin Cananovun istefasından sonra yeni rəhbərin kim olacağı bilinmir, yeni mövsüm üçün büdcə təsdiqlənməyib, müqavilə müddəti bitən futbolçulara (biri də kapitan Rahid Əmirquliyevdi) “gözləyin”dən başqa söz deyilməyib.
Ötən ay baş məşqçi Elnur Abdullayevlə əlaqə saxlayanda iyulun ilk həftəsində hər şeyə aydınlıq gələcəyini, rəhbərlikdən cavab gözlədiyini demişdi.
Artıq iyulun üçüncü həftəsindəyik. Birinci liqanın qalan klubları ardıcıl transferlər edir, heyətini gücləndirir.
Qusar təmsilçisindən isə heç bir xəbər yoxdu. Yenidən bu məsələ ilə maraqlandıq.
Tam oxu
Xəbəri oxu