Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hərbi qulluqçuların həyat yoldaşları işsiz olsalar da, aylıq pul müavinəti almaq hüququna malik olacaqlar. Söhbət ərlərinin xidmət etdiyi ərazidə iş tapmaq imkanı olmayan qadınlardan gedir.
Moderator.az xəbər verir ki, bu məsələ “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, qeyd olunan kateqoriyadan olan qadınlara minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda da qanunvericilikdə belə bir sosial təminat mövcuddur.
Lakin qüvvədə olan qanunun mətnində ödənişin məbləği fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı ilə ifadə olunur. Yeni təklifdə isə bu məbləğin minimum aylıq əməkhaqqı kimi göstərilməsi nəzərdə tutulur.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor