İşləməyən svetofora görə sürücüyə cərimə yazıldı ŞİKAYƏT VİDEO

03.02.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Qax rayonunda qaydaları pozmadığını iddia edən sürücü yol polisi tərəfindən cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, Firuzə Əhmədova adlı sürücü bildirir ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcının qarşısında quraşdırılmış svetoforda nasazlıq olub. Qırmızı işığın işlək vəziyyətdə olmadığını görən sürücü, ümumi svetofor obyektində problemin olduğunu düşünərək hərəkətinə davam edib. Bu zaman ərazidə xidmət aparan 99-YP-121 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı həmin sürücünü dayandıraraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq edib.

Sürücü yazılmış cərimənin haqsız olduğunu bildirərək onun ləğv edilməsini xahiş edir.

Fərid

Oxunub 308

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью