İşləməyənlər icbari tibbi sığortadan Ödənişli istifadə edə bilər | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Xəbər verildiyi kimi, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisi
Sənəddə maraqlı məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.
“Qafqazinfo”nun məlumatına görə, 2026-cı ildə büdcədən sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.
Bu il üçün dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub.
İcbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması fondun 2026-cı ildə digər mənbələrdən maliyyələşmə səviyyəsinin artacağından xəbər verir.
Ancaq nəzərə alınmalıdır ki, fondun əsas maliyyə mənbəyi dövlət büdcəsidir və bu istiqamətdə əhəmiyyətli səviyyədə azalma digər mənbələr üzrə kəskin artımı labüd edir.
“Tibbi sığorta haqqında” Qanuna görə, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir: - Sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları; - İcbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər; - Müştərək maliyyələşmə məbləği; - Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc; - Bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar; - Digər mənbələr.
Bu mənbələr arasında dövlət büdcəsindən sonra ikinci böyük mənbə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarıdır.
Tam oxu
Xəbəri oxu