Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İşlənmiş smartfon almaq bəzi hallarda sərfəli seçim ola bilər. Bunun üçün əsas şərt telefonun hələ də yeniləmələr və təhlükəsizlik yeniləmələri almasıdır.
Redaktor.az "Android Police"yə istinadla xəbər verir ki, son illərdə smartfon istehsalçılarının cihazlara dəstək müddətini artırması işlənmiş telefonlara marağı da artırıb.
Qeyd olunur ki, əvvəllər köhnə smartfonların əsas çatışmazlıqlarından biri onların qısa müddət ərzində yeniləmələrdən məhrum olması idi. Hazırda isə bir sıra "Apple", "Google" və "Samsung" modelləri satışa çıxdıqdan sonra 5-7 il ərzində yeniləmələr ala bilir.
Bu səbəbdən istifadə olunmuş, lakin hələ də istehsalçı tərəfindən dəstəklənən flaqman telefonları daha münasib qiymətə almaq mümkündür.
Ekspertlər bildirirlər ki, işlənmiş telefon alarkən yalnız qiymətə deyil, cihazın texniki vəziyyətinə də diqqət yetirmək lazımdır. Xüsusilə ekranın vəziyyəti, prosessorun işləmə sürəti və batareyanın tutumu yoxlanılmalıdır.
Aytəkin TOFİQQIZI