Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. “Prokrastinasiya sindromu insanın etməsi lazım olan işi gecikdirməsi və ya tamamilə təxi
Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, çox vaxt bunu tənbəllik adlandırırlar: “Lakin bu belə deyil. Əslində, bunun altında müxtəlif səbəblər var.
İşin psixoloji tərəfindən baxsaq görərik ki, fərqli səbəblər mövcuddur.
Məsələn, görəcəyimiz işi ya mükəmməl etmək ya da daha sonraya təxirə salırıq.
İşə başlamazdan əvvəl səhv etmə qorxusunun olması da səbəblər sırasındadır”.
Ekspert digər səbəblər barədə də danışıb: “Təşvişli insanlarda qayğı çox olduğundan daha çox narahat olduqlarına görə başlamağa cəhd etmək onlar üçün ağır gəlir.
Prokrastinasiya sindromundan əziyyət çəkən insanlar əsas görəcəyi işi görməmək üçün fərqli işlərlə görəcəkləri məsələni gecikdirirlər.