İşləyən pensiyaçıların NƏZƏRİNƏ Hər 4 ildən bir... | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur.6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.
Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.Turkustan.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.Deputat təklif edib ki, işləyən pensiyaçıların pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin:“Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə- 6 ildən bir edilir.
Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir.
Ona görə təklif edərdim ki, “Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin.
Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar.
İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq bu dəyişiklik ilə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğlərini artardı”./Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu