İsmail Bəqayi 3+3 formatından danışdı

26.08.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

““3+3” formatı Cənubi Qafqaz ölkələri arasında çoxillik qarşılıqlı fəaliyyət mexanizmidir və onun çərçivəsində bir neçə görüş keçirilib”.

“Cebheinfo.az”-ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

Onun sözlərinə görə, bu mexanizm zamanın sınağından çıxıb.

“Qafqaz problemlərinin həllində regiondan kənarda baş verən hadisələrdən asılı olmayaraq, ölkələr bu cür mexanizmlərin qorunub saxlanılmasının və regional problemlərin həlli üçün fəallığının artırılmasının zəruriliyi barədə həmişəkindən daha çox qənaətə gəlirlər”, - deyə Bəqayi qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью