Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fənərbağça" futbol klubunun baş məşqçisi İsmail Kartal istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, klubun İdarə Heyəti baş məşqçinin istefasını qəbul edib. "Fənərbağça"nın prezidenti Aziz Yıldırım İdarə Heyətinin iclasından sonra klubun təlim-məşq bazasına gedərək İsmail Kartalla yolların ayrılması qərarını təsdiqləyib.
Komandanın yeni baş məşqçisinin Vinçentso Montellanın olacağı gözlənilir.
Xatırladaq ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında "Fənərbağça" ilə "Roma" arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra da istefa vermişdi. Həmin vaxt Aziz Yıldırım istefanı qəbul etməmişdi.