İsmail Kartal yoxa çıxdı

11.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə yaratmaq mümkün deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu tanınmış türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, komandanın bugünkü hazırlıq prosesinə məşqçilər - Dirk Kuyt və Zeki Göle nəzarət edib. Türkiyəli baş məşqçinin klubun təlim-məşq bazasına gəlmədiyi vurğulanır. Qeyd olunur ki, "Fənərbağça" klubunun rəsmilərinin gün ərzində İsmail Kartalla bir araya gələcəyi gözlənilir.

Xatırladaq ki, Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında 1:1 hesabı ilə nəticələnən "Fənərbağça" - "Roma" oyunundan sonra istefa verib. İstanbul klubunun prezidenti Aziz Yıldırım isə istefa verən baş məşqçinin vəzifəsini davam etdirəcəyini bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью