İsmail Serageldin: COP29da bir sıra təşəbbüslər çox ciddi müzakirə olundu AZƏRTAC

21.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Biz COP29-un sonuna yaxınlaşırıq. COP29 imkanlar yaradan konfrans oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin noyabrın 21-də keçirilən mətbuat konfransında söyləyib.

COP29-da 74 mindən çox iştirakçının olduğunu vurğulayan İ.Serageldin bildirib: “COP29 bütün dünyanı bir araya gətirdi. Bu, çox təsiredicidir. COP29-da bir sıra təşəbbüslər çox ciddi müzakirə olundu. Müzakirələr hələ də davam edir. Nəticələr hazır olanda COP29-un Prezidenti onu ictimaiyyətə açıqlayacaq”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin bütün qurumları ilə çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran İ.Serageldin deyib: “Bir sıra panel müzakirələrimiz oldu. Eləcə də rəsmi yekun bəyanatla bağlı dərin müzakirələr apardıq. Təbii ki, biz iqlim dəyişmələrinin təsirlərinin gender baxımından neytral olmadığını, onların qadınlara qeyri-mütənasib təsir etdiyini, statistikanın heyrətamiz olduğunu, bu dəyişmələrdən təsirlənən hər beş nəfərdən dördünü qadınların təşkil etdiyini bir daha təsdiqləmək istədik. Qadınlar icmaların sosial kapitalının əsas memarlarıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью