İsmail Taofik: “Bütün matçlarda 3 xal qazanmaq istəyirik”

14.09.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsmail Taofik: “Bütün matçlarda 3 xal qazanmaq istəyirik”

“Hər matçda qalib gəlmək istəyirik. Bu matç da istisna təşkil etmirdi. Lakin yekunda 1 xalla kifayətlənməli olduq”. 

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu İsmail Taofik Misli Premyer Liqasının V turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib. 

Nigeriyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalmasına belə münasibət bildirib: “Bu, normal haldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir. Təəssüf ki, ikinci qolu vura bilmədik. Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik”. 

“Məhsuldar ötürmə müəllifi olmağınız sayəsində sizi növbəti matçda start heyətində görə bilərikmi?” sualını İ.Taofik belə cavablandırıb: “Bu barədə bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Mən məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью