Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsmaililərin ruhani lideri Şahzadə IV Kərim Ağa Xan 88 yaşında Lissabonda vəfat edib.
APA xəbər verir ki, bu barədə İsmaili İmamət Divanının rəsmi açıqlamasında bildirilir.
IV Ağa Xan 1957-ci ildən, 20 yaşından ismaili icmasına rəhbərlik edir. Ənənəyə görə, yeni imam sələfi tərəfindən vəsiyyətlə təyin olunur.
IV Kərim Ağa Xanın vəsiyyətinin oxunmasından sonra yeni imamın adının yaxın günlərdə açıqlanması gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.