İsmayıl “Dəyişməyəcəyəm” dedi

10.07.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

Gənc ifaçı İsmayıl Zadə dinləyicilərinə növbəti musiqi yeniliyini təqdim edib.

OLAY yazır ki, müğənninin yeni işi – “Dəyişməyəcəyəm” adlı mahnının söz və musiqisi Həmid Məmmədliyə məxsusdur. Bəstənin aranjimanı Oğuz Yılmaz tərəfindən hazırlanıb, mix və mastering işləri isə Birhan Karadağ tərəfindən həyata keçirilib.

Mahnıya ekran həyatı verən klipin rejissoru Nureddin Xuduyevdir. Peşəkar komandanın ərsəyə gətirdiyi ekran işi mahnının emosional ovqatını uğurla əks etdirir.

“Dəyişməyəcəyəm” artıq İsmayıl Zadənin rəsmi yutub kanalında və bütün rəqəmsal musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью