İsmayıl İbrahimli “Zirə”dən AYRILIR?

28.02.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə" klubu icarə əsasında çıxış eləyən İsmayıl İbrahimlini heyətdə saxlamaq niyyətindədir. 
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun bəyəndiyi futbolçulardan olan İbrahimli "Qarabağ"a məxsusdur. 
Lakin legioner limitinin ləğvi ilə bağlı çıxarılan qərar onun "Qarabağ"da oynamaq şanslarını minimuma endirib. "Zirə" isə bu baxımdan onun özü üçün də münasib variantdır. 
Hələ ki İsmayıl İbrahimlinin klubda qalıb-qalmayacağı bilinmir. Rəşad Sadıqovun növbəti mövsüm də sərəncamında görmək istədiyi futbolçu ilk növbədə "Qarabağ"la müqaviləsinə xitam verməlidir. Ehtimal var ki, Ağdam klubu onu daha bir illik “Zirə”yə icarəyə versin.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью