Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi postuna yeni təyinatını rəsmən elan edib.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi İsmayıl Kartalla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis bundan əvvəl də müxtəlif dövrlərdə dörd dəfə "Fənərbağça"nın baş məşqçisi vəzifəsini icra edib.