Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
18 ildən sonra Çempionlar Liqasında ilk xalını qazanan “Fənərbaxça”nın Roma ilə heç-heçəsindən sonra istefa verən baş məşqçi İsmayıl Kartal vəzifəsinə qayıdıb. Klub daxilində üç günlük iğtişaş dövrünün hadisələri artıq aydınlaşır.
Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, klubun prezidenti Əziz Yıldırımla görüşdükdən sonra işinə davam etmək qərarına gələn təcrübəli məşqçi, “Qaziantep” FK ilə çətin səfər matçında komandaya rəhbərlik edəcək. Bu proses İsmayıl Kartal üçün əlavə motivasiya olub və onun geri dönüşü oyunçular arasında daha güclü birliyə səbəb olub.
Komanda kapitanı Milan Skriniarın rəhbərliyi ilə türk və əcnəbi oyunçular daha çox məsuliyyət götürmək və dörd həftə ərzində iki məğlubiyyət alan komandanı dirçəltmək üçün vəzifələrini yerinə yetirmək öhdəliyində birləşiblər.
Samandırada komanda ilə görüşən İsmail Kartal oyunçularına niyə istefa vermək istədiyini izah edib. “Fənərbaxça” oyunçuları "Sizinlə heç bir problemimiz yoxdur" mesajı ilə cavab veriblər.
İsmail Kartala olan sevgilərini və onunla işləməkdən məmnun olduqlarını bildirən “Fənərbaxça” oyunçuları belə bir şeyin bir daha baş verməyəcəyinə ümid etdiklərini deyiblər.
Murad Məmmədli