İsmayıl Kartal öz postunda qaldı

11.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun “Roma” (İtaliya) ilə oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlayan “Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartalın istefası qəbul olunmayıb.

Bakıvaxtı.az xəbər verir ki, klub rəhbərliyi 65 yaşlı mütəxəssisi fikrindən daşındıra bilib.

Təcrübəli çalışdırıcının sabah komandanı məşqə çıxaracağı açıqlanıb.

Qeyd edək ki, “Fənərbağça” ötən gün “Roma” ilə 1:1 hesablı heç-heçə edib. Matçdan sonra keçirilən mətbuat konfransında İsmayıl Kartal bir daha qayıtmamaq şərti ilə istefa verdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью