Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Fərrux Şıxlınski- 63 Bildiyiniz kimi, xalq yazıçısı İsmayıl Şıxlının özündən sonra q
Bu gün sizə onun rəssam oğlu Fərrux Şıxlınskidən söhbət açmaq istəyirəm. Axı yanvarın 16-sı Fərrux bəyin ad günüdür...
Deyir ki:- “Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana.
Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram.
Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır.
Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi.
Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir.
Şəhərin göbəyində, Natavanın heykəli önündə dayanıb arxasındakı gitaraya baxaraq buna şahid olmaq olar… ” Çox məsuliyyətli adamdır.