GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İsmayıllı rayonunda “İsmayıllı” sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.
Qeyd edilib ki, Muğallı-İsmayıllı- Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:
“İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb”.