İsmayıllı yolunda təmir dayandı? AAYDA AÇIQLADI

17.01.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Muğanlı-İsmayıllı-Şamaxı yolunda təmir işlərinin dayandırılması ilə bağlı videolar yayılıb. İnsanlar şərhlərdə yol təmir işlərinin ləngiməsindən narazılıq ediblər.

Sözügedən məsələ ilə bağlı AAYDA-ay sorğu ünvanladıq. Sorğumuza cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən iddia əsassızdır. 
"Tikinti işləri davam edir. Hava şəraitindən asılı olaraq bəzən fasilələrin olması normaldı.Amma bütün işlər davam edir. Yaz aylarına doğru daha da sürətləndiriləcək". 
Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью