İsmayıllıda 17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb

02.10.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində 17 yaşlı Ə.Ş. münaqişə zəminində həmyaşıdı S.B.-yə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью