İsmayıllıda 18 yaşlı oğlan hamamda ölü tapılıb

02.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Kirayədə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb.

Ölümün səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью