Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsmayıllıda bir nəfər kanalda batıb.
Bakıvaxtı.az xəbər verir, hadisə Yuxarı Şirvan kanalının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İsmayıllı rayon sakini, 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlu kanalda batıb.
FHN-nin Aran Dalğıc axtarış qrupu hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl