Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İsmayıllıda 28 yaşlı kişi bıçaqlanıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 26-da gecə saatlarında İsmayıllı şəhəri ərazisində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)