İsmayıllıda 32 yaşlı şəxs bıçaqlanıb

07.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью