İsmayıllıda 40 yaşlı qadın itkin düşdü

12.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.

Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89  şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью