İsmayıllıda ağır qəza: 2 ölü, 2 yaralı var

22.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İsmayıllıda avtomobil qəzası baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllının Qurbanəfəndi kəndi istiqamətində baş verib.
İlkin məlumatlara əsasən, "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Oğuz rayon sakinləri - 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və digər Oğuz rayon sakini 2000-ci il təvəllüdlü Şükürlu Şükür Araz oğlu dünyasını dəyişib.
Digər iki nəfər 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью