Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza oktyabrın 16-da səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobillə 99-TM-389 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, “Ford”un sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin