Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbələ- İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun İstusu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşaraq yanıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Murad İsmayıl